Modern.az

Məşhur döyüş ustası Yemelyanenko axtarışa verildi

Məşhur döyüş ustası Yemelyanenko axtarışa verildi

Təhsil

2 Aprel 2014, 12:27


Məşhur qaydasız döyüş ustası, dünya çempionu  Aleksandr  Yemelyanenko   federal axtarışa verilib. Modern.az xəbər verir ki, bu barədə məlumatı  Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin “İnterfaks” xəbər agentliyinə açıqlamasında bildirib. O qeyd edib ki, A. Yemelyanenkonun axtarışa verilməsi ona qarşı irəli sürülən seksual zorakılıq etmək ittihamı ilə bağlıdır. İstintaq Komitəsinin rəsmisi onu da əlavə edib ki, döyüş ustası istintaqdan yayındığı, dindirilmələrdə iştirak etmədiyi üçün ona qarşı əlavə tədbirlər görüləcək.

Qeyd edək ki, bir müddət öncə zərərçəkmiş şəxs məşhur döyüşçünün ona təcavüz etməsi ilə bağlı polisə şikayət etmişdi. İdmançı isə  dindirilmə zamanı həddindən artıq sərxoş olduğundan  baş verənləri xatırlamadığını bildirib. Xatırladaq ki, 2013-cü ilin avqust ayında da A. Yemelyanenko təcavüz etməkdə ittiham olunub. Amma həmin vaxt bu ittiham döyüşçünün üzərindən qaldırılıb.  

Aqşin Kərimov

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı