Modern.az

Hesablama Palatası "Azəriqaz"la "Aztelekom"u yoxlayacaq

Hesablama Palatası "Azəriqaz"la "Aztelekom"u yoxlayacaq

Təhsil

2 Aprel 2014, 13:31

Hesablama Palatası “Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında Hesabat” təsdiq edib. Hesabatın  Milli Məclisində müzakirə üçün təqdim olunması qərara alınıb.

Palatadan Modern.az-a verilən məlumata görə, Hesablama Palatasının kollegiya iclasında dövlət büdcəsinin yerli xərclərindən Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinə ayrılan vəsaitlərdən və büdcədənkənar daxilolmalardan, dövlət büdcəsinin yerli xərclərindən Bərdə Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərdən, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan “Azəriqaz” İstehsalat Birliyinə dövlət proqramları üzrə qaz təchizatı tədbirlərinə ayrılan vəsaitlərdən istifadəyə dair, həmçinin “Aztelekom” ASC tərəfindən dövlət  büdcəsinin gəlirlərinin qanunvericiliyə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsi, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun  Beyləqan rayon şöbəsinin gəlir və xərclərinin, o cümlədən, saxlanma ilə bağlı xərclərinin icrası ilə bağlı audit  proqramları da təsdiq edilib. 

Kollegiya həmçinin, dövlət büdcəsinin funksional təsnifatının “Ümumi dövlət xidmətləri” bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin saxlanılmasına ayrılan vəsaitlərdən istifadəyə dair Audit proqramının təsdiq olunması barədə qərar qəbul edilib.

 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı