Modern.az

Prokurorluqdan Binəqədidə və Gəncədəki cinayətlə bağlı AÇIQLAMA

Prokurorluqdan Binəqədidə və Gəncədəki cinayətlə bağlı AÇIQLAMA

Təhsil

2 Aprel 2014, 13:56


Martın 30-da saat 12 radələrində Bakı şəhər sakini Sarıyeva Yasəmən Qəşəm qızının üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı Binəqədi rayonundakı mənzilində aşkar edilməsi ilə əlaqədar rayon prokurorluğunun və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirmiş, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Sevinc Hacıyevanınmartın 29-da saat 23 radələrində Yasəmən Sarıyeva ilə aralarında yaranmış şəxsi münaqişə zəminində qadın corabı ilə sonuncunu boğaraq qəsdən öldürməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

Faktagörə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

S.Hacıyevaya Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Digər bir cinayət hadisəsi isə Gəncədə baş verib.

Belə ki, martın 30-da saat 21 radələrində Bayramova Gülnarə Teymur qızının kəsilmiş-deşilmiş yara xəsarətləri ilə Gənşə şəhər 3 saylı Təcili Tibbi Yardım Stansiyasına daxil olması və orada aldığı xəsarətlərdən ölməsi barədə daxil olmuş məlumatla əlaqədar şəhər prokurorluğunun və şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, 1971-ci il təvəllüdlü Natiq Bayramovunmartın 30-da saat 19 radələrində yaşadığı Gəncə şəhərindəki evində şəxsi münaqişə zəminində arvadı Gülnarə Bayramovayaçoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.   Faktagörə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. N.BayramovaCinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.   Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.  
 

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı