Modern.az

Elnur Aslanova nazirlikdə yeni vəzifə verildi

Elnur Aslanova nazirlikdə yeni vəzifə verildi

Təhsil

2 Aprel 2014, 14:33

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabir müdiri Elnur Aslanov yeni vəzifəyə təyin olunub. Bu barədə Musavat.com-un mötəbər mənbələrdən aldığı məlumata görə, E.Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək posta təyin olunub. Belə ki, o, bu günlərdə prezidentin təsdiqlədiyi əsasnamə ilə adı dəyişdirilən nazirliyin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsini icra edəcək. Məlumatlı mənbənin bildirdiyinə görə, E.Aslanov aprelin 1-də kollektivə təqdim olunub və rəsmən səlahiyyətlərinin icrasına başlayıb. 
Elnur Aslanovun yeni vəzifəsinin bundan əvvəlki məqamı ilə müqayisədə xeyli kiçik olduğu bildirilir.

Məlumatı Modern.az saytına Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov da təsdiqləyib. O, Elnur Aslanovun nazirlikdə şöbə müdiri vəzifəsinə təyinat aldığını qeyd edib.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı