“İsa Hüseynovun vəfatı xəbəri məni sarsıtdı, sanki ömrümün böyük bir parçasını itirdim”. Bunu Modern.az-a açıqlamasında Moskvada yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseyn deyib. Biz “İsa ilə yarıməsrlik dost idik, təəssüf ki, son iyirmi neçə ildə əlaqələrimiz müəyyən obyektiv və subyektiv səbəblər ucundan zəifləmiş, kəsilmişdi... İsa sirlər aləminə, əbədiyyətə qovuşdu, biz isə, bizim Söz dünyamız isə adı ədəbiyyatımızdan silinməz böyük Sənətkarı itirdik. Allah rəhmət eləsin!”, – deyə Çingiz Hüseyn əlavə edib.
Modern.az