“Hərbi vətənpərvərlik tərbiyəsi gücləndirilməlidir. Məktəblərdə dərsliklərə əlavələr edilməlidir. Məktəblərdə buna görə xüsusi proqramlar tətbiq olunaraq dərsliklərə əlavə edilməlidir”. Modern.az xəbər verir ki, bunu Baş nazir müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib. “Mətbuat orqanlarının da üzərinə yük düşür. Onlar da hərbi vətənpərvərlik məsələsinə münasibətini dəyişməlidir. Özəl telekanallarda müxtəlif şou verilişləri ilə yanaşı, ən azı üç gündən bir dəfə hərbi vətənpərvərlik mövzusunda proqramlar tətbiq olunmalıdır. Əhaliyə çatdırmaq lazımdır. Gəncləri məhz bu istiqamətdə yetişdirmək lazımdır”.
Rafiq Qənbərov
Misranə Həsənzadə