Modern.az

Fərhad Məmmədov Eynulla Fətullayevlə bağlı BƏYANAT yaydı

Fərhad Məmmədov Eynulla Fətullayevlə bağlı BƏYANAT yaydı

Təhsil

2 Aprel 2014, 15:50


Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanovun yeni təyinatına münasibət bildirilməsi ilə bağlı bəyanat yayıb. Modern.az saytına daxil olmuş bəyanatın mətnini təqdim edirik:

“Haqqın.az saytının 2 aprel 2014-cü il tarixli buraxılışında guya, mənə istinadən «Fərhad Məmmədov: Elnur Aslanov bu vəzifəsi layiq deyil» başlığı altında qərəzli və həqiqətə uyğun olmayan informasiya yayılıb. Məlumat üçün bildirirəm ki, nə bu gün, nə də əvvəlki dövrlərdə həmin sayt ilə əlaqələrim olmayıb və hər hansı bir mövzuda onun əməkdaşlarına müsahibə vermişəm. Mənimlə «eksklüziv müsahibə» adlı material isə açıq şantaj və böhtan xarakteri daşıyır. Barəmdə yazılan böhtanla əlaqədar olaraq, məhkəmə instansiyalarına müraciət etmək hüququmu özümdə saxlayıram"-deyə bəyanatda qeyd olunur. 

Qeyd edək ki, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilmiş Elnur Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Strateji planlaşdırma, elmi potensial, investisiya şöbəsinə müdir təyin olunub. Sözügedən sayt isə F. Məmmədovun məsələ ilə bağlı münasibətini əks etdirən material yayıb. İddia olunur ki, F.Məmmədov E.Aslanovun bu vəzifəyə layiq olmadığını qeyd edib və buna etiraz edib.

Haqqın.az saytının rəhbəri Eynulla Fətullayevdir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı