NATO-nun Avropadakı baş komandanı general Filipp Bridlav bəyan edib ki, Rusiya ordusu yaxın günlərdə Ukraynanın şərqi, yaxud cənub ərazisini işğal edə bilər. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Bridlav qeyd edib ki, sərhədə yığılan Rusiya ordusu yaxın 3-5 gün müddətində hücumu reallaşdıra bilər. Onun sözlərinə görə, NATO aprelin 1-də axşam Rusiya ordusunun bir hissəsinin irəlilədiyini müşahidə edib.
Xatırladaq ki, bundan əvvəl NATO-nun baş katibi Rusiyanın güc yolu ilə Avropanın sərhədlərinin dəyişmək istədiyini bəyan edib.
Modern.az