
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 4-də Azərbaycana səfər edəcək. Modern.az saytı xəbər verir ki, bu barədə Türkiyə mediası hökumət mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə R.T.Ərdoğan İstanbuldan Azərbaycana yola düşəcək. Baş nazir səfərdən öncə mətbuat konfransı keçirəcək.
Səfər çərçivəsində onun Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşəcəyi və bir sıra məsələləri müzakirə edəcəyi gözlənilir.
Modern.az