Modern.az

Prezidentin keçmiş arvadı yeni hökumətdə nazir oldu

Prezidentin keçmiş arvadı yeni hökumətdə nazir oldu

Təhsil

2 Aprel 2014, 17:49

Fransa prezidenti Fransua Ollandın vətəndaş nikahında olan keçmiş həyat yoldaşı Seqolen Ruayal yeni hökumətdə ekologiya naziri təyin olunub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, yeni kabineti baş nazir Manuel Vals formalaşdırıb.

Prezident Olland martın 31-də Jan-Mark Eyronun rəhbərlik etdiyi hökuməti istefaya göndərib. O, hakim Sosialistlər Partiyasının martıpn 30-da keçirilən bələdiyyə seçkilərində məğlubiyyətinin cavabdehliyini üzərinə götürüb. Olland Eyronun yerinə buna qədər daxili işlər naziri işləyən Manuel Valsı baş nazir təyin edib.

Seqolen Ruayal 20 il Ollandla vətənda. Nikahı ilə yaşayıb. Onun 4 övladı var. 2007-ci ildə prezident seçkiləri kampaniyasında iştirak etsə də, o vaxt Nikolya Sarkozi qalib gəlib. Seçki kampaniyası başa çatandan sonra Ruayal Ollandan ayrılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı