Modern.az saytı Anadolu ajansına istinadən xəbər verir ki, Avstraliyanın paytaxtı Sidney şəhərində ermənilər Suriyadakı erməni kəndlərinə hücumları bəhanə edərək Türkiyə Başkonsulluğu qarşısında etiraz aksiyayı keçiriblər.
Ermənilər Suriyadakı Əl-Qaidə döyüşçülərinə Türkiyənin dəstək verdiyini və həmin qüvvələrin erməni kəndlərinə hücüm etdiyi iddiası ilə çıxış ediblər.
Başkonsulluğun qarşısında əllərində Türk, Azərbaycan və Şimali Kipr Türk Respublikasının bayraqlarını tutan insanlara qarşı ermənilər Qarabağı itirdiniz, Ağrı Dağı bizimdir',"Türkiyə Kəssabdan çıx" kimi təhric edici şüarlar səsləndiriblər.
Erməni din adamları da aksiyaya qoşularaq səfirlik önündə çıxış etmişdir.
Ermənilərin etirazına Türklər əllərində tutduqları bayraqları göstərərək cavab veriblər.
Sonda Türkiyə Respublikasının Sidney baş konsulu Şeyda Hanbay Arca erməni etirazına qarşı konsulluq önünə toplanan Türklərə təşəkkür edib.
Modern.az