Modern.az

Səudiyyə Ərəbistanda ateistlər artıq terrorist hesab olunacaq

Səudiyyə Ərəbistanda ateistlər artıq terrorist hesab olunacaq

Təhsil

2 Aprel 2014, 23:20

Modern.az saytı xəbər verir ki, Səudiyyə Ərəbistanda qəbul edilən yeni bir qanun dəyişikliyiylə ateistlər artıq terrorist qəbul ediləcək və 20 ilə qədər həbslə cəzalandırılacaqlar.

Səudiyyə Ərəbistanın Kralı Abdullah tərəfindən qəbul edilən qərarla ateistlər Əl-Qaidə və Hizbullah kimi terrorist qruplarla eyni kateqoriyada dəyərləndiriləcəklər.

Bu qanunla "ateist düşüncəni müdafiə edənlər və İslam dininin təməllərini sorğulayanlar" terrorla mübarizə qanununa görə mühakimə olunacaq və 20 il həbslə cəzalandırılacaqdır.

Qeyd edək ki, yeni qanuna insan hüquqları təşkilatları etiraz ediblər.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı