Modern.az

Az su içənləri gözləyən təhlükə

Az su içənləri gözləyən təhlükə

Təhsil

2 Aprel 2014, 23:57

Modern.az saytı xəbər verir ki,kifayət qədər su içməyən insanlarda susuzluq müəyyən fəsadlara gətirib çıxarır. Gün ərzində təxminən 8 stəkan su içməli olduğumuz halda, bunun qarşılığında bədənimiz 10 stəkan su itirir.

Beyninin 75, qanın 92, əzələlərin 75, sümüklərin isə 22%-i sudan ibarətdir. Belə olan halda insanın bədənini susuz saxlamağı aşağıdakı fəsadlara gətirib çıxarır.

Yorğunluq - Su bədəninizdəki ən əhəmiyyətli enerji qaynaqlarındandır. Susuzlaşdırma (susuz qalma) bədəni yavaşladan enzimatik fəaliyyətə səbəb olaraq yorğunluq və halsızlığa gətirib çıxarar.

Astma və allergiyalar - Dehidratsyona məruz qalan bədən sudan qənaət etmək üçün havayollarını daraldır. Siz daha susuz qaldığınızı hiss etməmiş histamin bu vəziyyətin fərqinə varır və sekresiyasını artırır.

Yüksək qan təzyiqi - Bədən susuz qalan zaman qan qatılaşmağa başlayır. Bu zaman  qan axış vaxtı maneəylə qarşılaşır və bu da qan təzyiqinin yüksəlməsi ilə nəticələnir.

Dəri problemləri - Susuzlaşdırma dəri yoluyla toksinlərin xaric olma prosesini pozur, beləliklə dəri hər cür dəri probleminin qarşısında müdafiəsiz qalır.

Yüksək xolestrol: Bədən susuz qalarkən xolestrol səviyyəsini artıraraq hüceyrədən daha çox su itkisinin qarşısını almağa çalışır.  

Həzm problemləri - Su və qələvi (kalsium və maqnezium) mineralların əskikliyi qastrit, xora və mədə yanğıları kimi bir çox həzm sistemi problemlərinə gətirib çıxarar.

Qəbizlik – Su azaldıqca bağırsaqdakı tullantı maddələr bağırsaq daxilində çox zəif irəliləməyə başlayır ki, bu da qəbizliyə gətirib çıxarır.

Erkən yaşlanma - Bədən susuz qalarkən daxili orqanlar və eyni zamanda bədənin ən böyük orqanı dəridə qırışlar əmələ gəlməyə başlayır ki, bu da erkən yaşlanmanın əlamətləridir.

Modern.az

 
Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!