Modern.az

Saakaşvili:”48 saatdan sonra Rusiya ordusu Ukraynaya girəcək”

Saakaşvili:”48 saatdan sonra Rusiya ordusu Ukraynaya girəcək”

Təhsil

7 Aprel 2014, 01:27

«Əgər separatçılar ələ keçirdikləri vilayət şəhər administirasiyalarını nəzarətdə saxlayacaqsa, o zaman Rusiya ordusu Ukraynaya daxil olacaq».

Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili öz Facebook səhifəsindəbildirib. 

«Uç gün bundan əvvəl mən öz məqaləmdəUkraynanın şərq vilayətlərində vilayət şəhər administirasiyalarına hücum ediləcəyinibildirmişdim. Əgər diversantlar 48 saat orada davam gətirsələr, Rusiya ordusuUkraynaya soxulacaq. Bu, eynilə Krım ssenarisidir - əvvəlcə mitinq, o, baştutduqda, hökumət binasına hücum, ardınca isə Rusiya ordusunun hücumu. Daha dəqiqi,əvvəlcə Surikovun planı işə düşür, ardınca Rusiya Təhlükəsizlik Şurasının sədriPatruşev hərəkətə keçir. Bütün bunlar o qədər primitivdir ki, Ukrayna hakimiyyətihər şeyi əvvəlcədən hesablaya bilər», - Saakaşvili yazıb. 

Onun fikrincə, indi ən başlıcasıUkraynanın şərq vilayətlərini qorumaq üçün tam hərbi səfərbərlikdir.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı