Modern.az

Tələbələr Əhliman Əmiraslanovla nə haqda danışdılar?

Tələbələr Əhliman Əmiraslanovla nə haqda danışdılar?

Təhsil

7 Aprel 2014, 11:49

Ötən həftə Tibb Universitetinin rektoru  Əhliman Əmiraslanov tələbələrlə görüş keçirib. Universitetdən Modern.az-a verilən məlumatda bildirilir ki, rektor, akademik Ə. Əmiraslanov tələbələrlə görüşdə universitetdəki təhsil səviyəsi ilə bağlı fikirlərini bölüşüb və onların sosial durumu ilə maraqlanıb. Görüşlər stomatologiya, pediatriya, müalicə profilaktika I və müalicə profilaktika II, həmçinin tibbi profilaktika və tibbi biologiya fakültələrində baş tutub.

Müzakirələr zamanı tələbələr rəhbərliyə olan suallarını ünvanlayıblar. Müraciətlərin əksəriyyəti tədris proqramı - imtahan sualları, dərs cədvəli, müxtəlif fənlər üzrə proqram və s. bağlı olub. Bəzi tələbələr ATU-dakı nizam-intizam  məsələlərinə də toxunublar, Bəzi təkliflərlə çıxış ediblər. Rektor bir çox müraciətlərin araşdırılması ilə bağlı yerindəcə göstəriş verib.  

Akademik Ə.Əmiraslanov bildirib ki, bu cür geni tərkibli görüşlər mütəmadi olaraq təşkil olunacaq, tələbələrin rəyi öyrəniləcək, təhsil səviyyəsinin daha da yüksəldilməsi üçün müvafiq tədbirlər görüləcək.


 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı