Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyində Suriyaya hərbi müdaxilə ilə bağlı aparılan məxfi müzakirələrin səs yazısının mətbuata sızdırılmasında sonra YouTube video servisi bağlandı. Türkiyə hökuməti bu qərarı milli təhlükəsizliyinə mümkün təhdid ola biləcəkləri ehtimalı ilə əsaslandırdı.
Qeyd edək ki, məhkəmə aprelin 4-də YouTube-a girişin qadağan olunması barədə qərarı ləğv etsə də, bu qərar tezliklə dəyişdirildi. Bundan öncə isə twitter sosial şəbəkəsinə giriş məhdudlaşdırılmışdı. Lakin məhkəmənin qərarı ilə bu qadağa aradan qalxdı.
Aqşin Kərimov