Aprelin 6-da Azərbaycanda müxtəlif səbəbdən 6 nəfər zəhərlənib. Modern.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, Xəzər rayonu Mərdəkan qəsəbə sakini Məhəbbət Ağayeva, Gəncə şəhər sakini Ülviyyə Rüstəmova dəm qazından, Hacıqabul rayonu sakini Balaxanım Abbasova, Binə qəsəbə sakini Rəşad Məmmədov sirkə turşusundan, Gəncə şəhər sakini Fatma Ağayeva, Masallı rayon sakini Əminə Əsgərova dərmandan zəhərlənmələrlə xəstəxanalara gətiriliblər.