Modern.az

Culfa şəhərində türklərlə ermənilər arasında qarşıdurma olub

Culfa şəhərində türklərlə ermənilər arasında qarşıdurma olub

Təhsil

7 Aprel 2014, 14:01

İran təhlükəsizlik qüvvələri təxribatçı erməniləri yox, zərərçəkən türkləri həbs etdb.

Aprelin 3-də Güney Azərbaycanın Culfa şəhərində ermənilərlə türklər arasında qarşıdurma baş verib. Kütləvi dava zamanı 4 güneyli fəal həbs edilib. Güney Azərbaycan milli hərəkat fəallarının davam.az saytına verdikləri məlumata görə, Culfanın “Xaraba Dəyirman” kilsəsinə gəzintiyə gələn milli fəallar Mehdi Kuxian, Səid Sultani, Mehdi Rzayi, Babək Kiyumərsi orada ermənilərin təhqirləri ilə üzləşib. Qarşılıqlı təhqirlər sonda əlbəyaxa davaya çevrilib. Ermənilərin əraziyə çağırdığı təhlükəsizlik qüvvələri münaqişə edən tərəfləri ayıraraq, erməniləri sərbəst buraxsa da, türkləri həbs edib. Milli fəalların harada saxlandığı haqqında yaxınlarına heç bir bilgi verilmir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı