Modern.az

Müxalifət lideri maliyyə qalmaqalına görə istefa verdi

Müxalifət lideri maliyyə qalmaqalına görə istefa verdi

Təhsil

7 Aprel 2014, 15:24

Yaponiyanın “Hamının partiyası” müxalifət təşkilatının lideri Yosimi Vatanabe bu gün siyasi ianə alması ilə bağlı onunla bağlı yaranan böyük qalmaqala görə istefa verib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, o, qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. Mart ayının sonunda Yaponiya KİV-də məlumat verilib ki, Yosimi Vatanabe iri kosmetika şirkəti olan DNC Corp-dan 2010-cu ildə 800 milyon ien (7,8 milyon dollara yaxın)  borc alıb, ancaq aldığı vəsaiti siyasi ianə kimi rəsmiləşdirməyib. Bu isə Yaponiya qanunvericiliyinə ziddir. Yapon parlamentinin aşağı palatasında 18 yeri olan partiyanın sədri özü isə bəyan edib ki, alınan pulu siyasi məqsədlər üçün istifadə edib. Bununla belə, kreditçi həmin pulun siyasi məqsədlər üçün istifadəsinin qanunsuz olduğunu sübut edən sənədlər təqdim edib. Nəticədə siyasətçi istefa verməyə məcbur olsa da, ünvanına səslənən ittihamı qəbul etməyib.

 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı