Modern.az

İlham Əliyev Naxşıvanda açılan yolda maşın sürüb

İlham Əliyev Naxşıvanda açılan yolda maşın sürüb

Təhsil

7 Aprel 2014, 18:10


Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Prezident İlham Əliyevə məlumat verib ki, ümumi uzunluğu 88,8 kilometr olan yolda tikinti işləri keyfiyyətlə aparılıb, iki il müddətində başa çatdırılıb. Müasir tələblər səviyyəsində qurulan yolda nəqliyyatın təhlükəsiz hərəkəti təmin edilib. Yeni yol təkcə Naxçıvan şəhəri və Şahbuz rayonu üçün deyil, ümumilikdə muxtar respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir.
Bildirilib ki, tikinti işləri zamanı yol yatağı genişləndirilib, hərəkət hissəsinin eni bəzi yerlərdə 17 metrə çatdırılıb. Muxtar respublikada reallaşdırılan mühüm infrastruktur layihələrindən biri olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun üzərində körpülər, beton-selötürücü və su keçidləri də inşa edilib. Tikinti işləri aparılarkən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün siqnal dirəkləri və yol-hərəkət nişanları quraşdırılıb.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının nəqliyyat yollarının xəritəsinə də baxıb.
Bildirilib ki, bu gün Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat infrastrukturunun inkişafı da diqqət mərkəzində saxlanılır, nəqliyyat kompleksinin yenilənməsinə xüsusi önəm verilir. Eyni zamanda, kənddaxili və kəndlərarası yolların da abadlaşdırılması istiqamətində davamlı işlər görülür. Ümumilikdə, 2013-cü ildə muxtar respublikada 164 kilometr uzunluğunda yol salınıb və ya əsaslı təmir olunaraq istismara verilib, 21 körpü tikilib, 12 körpü isə təmir olunub.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib, yeni yolda avtomobili idarə edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı