Modern.az

AŞPA sədrinin Azərbaycan və Ermənistan tərəfinə müraciəti hansı nəticə verəcək?

AŞPA sədrinin Azərbaycan və Ermənistan tərəfinə müraciəti hansı nəticə verəcək?

Təhsil

7 Aprel 2014, 18:18


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri An Brasser qurumun yaz sessiyası zamanı keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə toxunub. O bildirib ki, münaqişənin həlli ilə bağlı AŞPA-da təmsil olunan Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşünə nail olmaq istəyir. Brasser həmçinin Azərbaycan və Ermənistan dövlət başçılarının da görüşünün olmasının əhəmiyyətindən danışıb.

Modern.az A. Brasserin bu bəyanatı ilə bağlı mövqeləri öyrənib.

Milli Məclisin deputatı Asim Mollazadə deyib ki, Avropa Şurasının müvafiq qətnaməsinə uyğun olaraq nümayəndə heyətləri arasında görüşlər mütəmadi olaraq keçirilməlidir. “Ermənistan tərəfi bir neçə ildir ki, bu görüşlərdən yayınır. Belə görüşlərin keçirilməsi qətnamənin icrası üçün önəmlidir. Həm də bu görüşlər tərəflərin mövqelərini aydınlatmaq üçün yaxşı olardı”.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasınının sədri Bayram Səfərov isə görüşlər olandan sonra hər hansı şərh vermək lazım olduğunu qeyd edib. “Bu cür danışıqlar olmalıdır ki, münaqişənin həllində irəliləyişlər olsun. Danışıqların olması mütləqdir ki, tərəflər sözlərini desinlər. Son nəticə də bu proseslərdən sonra olacaq”-deyə B.Səfərov söyləyib.

Qeyd edək ki, bu gün Strasburqda AŞPA-nın yaz sessiyası öz işinə başlayıb.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı