Modern.az

XİN İrana verilən ərazi ilə bağlı açıqlama verib

XİN İrana verilən ərazi ilə bağlı açıqlama verib

Təhsil

7 Aprel 2014, 20:27

Modern.az saytı xəbər verir ki, Culfa rayonundakı 44 metrlik ərazinin İrana birləşdirilməsi ilə bağlı açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat katibi Elman Abdullayev məsələ ilə bağlı məlumatının olmadığını bildirib: “Məndə belə bir məlumat yoxdur. Ümumiyyətlə, Azərbaycan heç bir zaman heç kimə bir qarış torpağını belə verməz”.   

Qeyd edək ki, dünən İran mətbuatında Culfa rayonundakı 44 metrlik mübahisəli ərazinin İrana birləşdirilməsi ilə bağlı məlumat yayılmışdı. Onu da bildirək ki, verilən xəbərdə məhz “44 metr” sözü işlədilib. Bunun 44 kvadrat metrlik sahə, yoxsa sərhəd keçid məntəqəsinin 44 metr irəli çəkilməsi anlamında işlədildiyi barədə məlumat verilmir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı