Modern.az

Rusiya və Ukrayna tərəfdarları arasında qarşıdurma olub

Rusiya və Ukrayna tərəfdarları arasında qarşıdurma olub

Təhsil

7 Aprel 2014, 23:07

Modern.az saytı xəbər verir ki, mitinq təşkil edən Ukrayna tərəfdarlarını sıxışdırmaq üçün yüzlərlə Rusiya tərəfdarı qubernatorluqdan mitinq meydanına doğru hərəkət edib. Ruspərəst qüvvələr Ukrayna bayraqlarını daşıyan insanlara su şüşələri və başqa əşyalar atıblar. Hadisə əsnasında iki partlayış səsi də eşidilib.

Bundan sonra iki tərəf arasında toqquşmalar yaşanıb. Rusiya tərəfdarları çubuqlarla hücum ediblər. İki tərəfdən də yaralananların olması haqda xəbərlər gəlməkdədir.

Donetskdə şəxsiyyəti naməlum olan silahlı şəxslər Donetsk regional dövlət televiziya və radio şirkətini ələ keçirmə cəhd ediblər. Televiziyanın önünə avtomobillərlə gələn silahlı qruplaşmalar havaya atəş açıblar.

Atəş səslərinin ardından binada olan silahlı polislərin müdaxiləsindən sonra qruplaşma üzvləri məcburən ərazini tərk etməli olublar.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı