Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq. Modern.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada yarımfinalda oynamaq hüququ qazanmış 4 komandanın adı var. Bunlardan ikisi İspaniyanı təmsil edir, digər iki klubdan biri İngiltərə, o biri isə Almaniya komandalarıdır.
Yarımfinalçılar: "Atletiko" (Madrid, İspaniya), "Real" (Madrid, İspaniya), "Bavariya" (Almaniya) və "Çelsi" (İngiltərə).
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları 22-23 və 29-30 aprel tarixlərində keçiriləcək.
****
Bu gün həm də Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq.
Avroliqanın da yarımfinalına vəsiqə qazanan 4 komandadan ikisi İspaniyanı təmsil edir. Digər iki klubdan biri Portuqaliya, bir isə İtaliya təmsilçisidir.
Yarımfinalçılar: "Benfika" (Portuqaliya), "Sevilya" (İspaniya), "Yuventus" (İtaliya) və "Valensiya" (İspaniya)
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları 24 aprel və 1 may tarixlərində keçiriləcək.
Hər iki püşkatma Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.
Modern.az