Modern.az

NATO rəsmisi: “Azərbaycan bizim üçün önəmli ölkədir”

NATO rəsmisi: “Azərbaycan bizim üçün önəmli ölkədir”

Təhsil

11 Aprel 2014, 10:35

 

“Azərbaycan NATO üçün Əfqanıstanda sülhün və sabitliyin təmin olunmasına önəmli töhfə verən mühüm ölkələrdən biridir. Azərbaycan NATO-nun yalnız çoxillik deyil, eyni zamanda fəal və mühüm tərəfdaşlarından biridir. Bu əlaqələr siyasi dialoqun nəticəsidir”. Modern.az xəbər verir ki, bu fikri media nümayəndələrinə NATO baş katibinin müavini Sorin Dukaru deyib. O, NATO-nun müxtəlif proqramlarının həyata keçirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirib: “Enerji təhlükəsizliyi, terrorizmlə mübarizə əməkdaşlığımızın daha bir istiqamətidir və biz bu əməkdaşlığı davam etdirmək niyyətindəyik. Bu proqramlar Azərbaycan-NATO əlaqələrinin inkişafında mühüm rol oynayır”-deyə NATO rəsmisi bildirib.  

 

Rafiq Qənbərov


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı