Modern.az

Elnur Aslanovun televiziyası bağlandı

Elnur Aslanovun televiziyası bağlandı

Təhsil

11 Aprel 2014, 10:45

Azərbaycanda internet televiziyasının bağlanma xəbəri yayılıb. Milli.Az-a daxil olan məlumata görə, Yurd TV internet televiziyası fəaliyyətini dayandırıb. Bu barədə qərar dünən axşam saatlarında qəbul olunub.

Yurd TV-nin Xəbərlər departamentinin rəhbəri Səadət Məmmədova açıqlama verərək bildirib ki, televiziyanın fəaliyyətinin dayandırılması ilə bağlı əməkdaşlara heç bir rəsmi məlumat verilməyib.

"Hazırda bütün əməkdaşlar işdədirlər", - o əlavə edib.

Yurd TV-nin Prezident Administrasiyasınnın sabiq şöbə müdiri Elnur Aslanova məxsus olduğu bildirilir.

***
APA-nın verdiyi məlumata görə, Yurd TV-nin bağlanması barədə qərar dünən axşam saatlarında qəbul edilib.

Qərarı kollektivə layihənin rəhbəri Rüstəm Əliyev elan edib. Ancaq qərarın səbəbi barədə heç nə deyilməyib.

Qeyd edək ki, “Yurd” TV 2011-ci il martın 1-də fəaliyyətə başlayıb. Televiziya əsasən informasiya, ictimai-siyasi, sosial istiqamətdə fəaliyyət göstərib.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı