Modern.az

Eks-prezident Yuşşenko harada və necə yaşayır? - FOTOLAR

Eks-prezident Yuşşenko harada və necə yaşayır? - FOTOLAR

Təhsil

11 Aprel 2014, 10:52


Ukrayna jurnalistlərindən ölkənin üçüncü prezidenti Viktor Yuşşenkonun qonağı olub. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, keçmiş prezident ilk növbədə jurnalistə özünün malikanəsinin içərisini göstərib. Buradakı koma-muzeydə hətta Rusiyanın indiki prezidenti Vladimir Putin də olub. Viktor Yuşşenko Kiyevdən 39 kilometr aralıdakı Novıe Bezradiçi kəndində yaşayır. Keçmiş prezident jurnalisti miniatür traktor və köhnə geyimdə qarşılayıb: “Deyəsən, yeni işçi qüvvəsi gəlib? İndi gicitkən çıxartmağa və soğan təmizləməyə gedəcəyik”, - Yuşşenko zarafat edir.

3,5 hektarlıq ərazidə mini-kənd yerləşir, burada Yuşşenkonun evinin yanında ferma, bağ, süni göl, xarratlıq emalatxanası, göz oxşayan arıçılıq ferması, koma-muzey və bir neçə yel dəyirmanı var: “Bunun hamısını mən 20 ilə yaxın müddətdə qurmuşam”, - ərazinin sahibi deyir və əlavə edir: “Mən hələ Milli Bankın rəhbəri olanda bu yerin yaxınlığından keçirdim, o vaxt çox xoşuma gəldi. O vaxt bir neçə kisə taxıl verib 7 sot torpaq aldım”.

Viktor Andreyeviç bu ərazidə artıq heç nə tikmək niyyətində deyil: “İndi yeganə istəyim Ukraynaya aid olan əşyaların kolleksiyasını toplayıb başa çatdırmaqdır. Bunun üçün yəqin ki, 10 il lazım olacaq”.

O, öz kolleksiyasını hələ tələbə olarkən toplamağa başlayıb.  

Yuşşenko 2002-ci ildə aldığı məşhur koma-muzeyini göstərir: “Burada bütün prezidentləri – Buşu və Putini, eləcə də digər xarici qonaqları qəbul etmişəm. Putin qonağım olanda sobaya yaxınlaşıb, dirsəklənib bir neçə dəqiqə sakitcə dayandı. Mən onda dedim: “Volodya, mən sənə beləsini hədiyyə edə bilərəm”.

Yuşşenkonun daha bir böyük marağı bal və şəxsi baqğıdır: “Mən ağacları özüm budayıram”.





















Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı