“Azərbaycan-NATO əlaqələri inkişaf mərhələsindədir”. Modern.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Araz Əzimov "SNT-nin 20 illiyi və NATO Tərəfdaşlıqlarının gələcəyi" konfransında deyib. “Bu konfrans əməkdaşlığın inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir. Azərbaycan ilə NATO arasında əməkdaşlıq müxtəlif istiqamətlərdə daha da yaxınlaşma imkanı var” Nazir müavini bildirib ki, konfransda aparılan müzakirələr əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da yaxınlaşmağa yeni imkanlar yarada bilər. “Bu çox yaxşı müstəvidir. Fikrimcə, konfrans tərəflər arasında siyasi dialoqun inkişafı baxımından əhəmiyyətli olacaq. Burada mövcud vəziyyəti və perspektivləri müzakirə etmək üçün əlverişli şərait yaradır”,-deyə A. Əzimov qeyd edib.
Qeyd edək ki, "SNT-nin 20 illiyi və NATO Tərəfdaşlıqlarının gələcəyi" konfransında Azərbaycan xarici i.lər nazirinin müavini Araz Əzimov, NATO Baş katibinin müavini Sorin Dukaru, xarici diplomatik korpusun nümayəndələri, dövlət və hökumət nümayəndələri iştirak edirlər.
Rafiq Qənbərov