
Muasir Musavat Partiyasında yeni təyinat olub. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bir müddət öncə Qaradağ rayon təşkilat sədri vəzifəsində şalışan Fazil Yusubov 2013-cü il prezident seçkisində öz fəallığı ilə partiyadaşlarından seçilməyi bacarıb. Rəhbərlik də onun bu xidmətlərini dəyərləndirib.
Partiya sədri Hafiz Hacıyevin sərancamı ilə Fazil Yusubov təşkilat məsələləri üzrə sədrin müavini təyin edilib.
Fazil Yusubov 1959-cu ilde Bakı şəhərində neftçi ailəsində anadan olub. 1994-cü ildə BDU-nun hüquq fakültəsini bitirib. Azərbaycan Milli İstiqlal Partiyasının qurucularından biridir. Uzun müddət AMİP Qaradağ rayon təşkilatının sədri,AMİP Siyasi Şurasının üzvü olub. AMİP –də yaranmış qeyri-müəyyənlik onun partiya sıralarını tərk etməsinə səbəb olub. 2006-cı ildən Muasir Musavat Partiyası Qaradağ rayon təşkilatının sədri və Siyasi Şurasının üzvü olub.2 dəfə deputatlığa namizəd olub.
Modern.az