Modern.az

Araz Əzimov: “NATO-nun Qarabağın həlli ilə bağlı imkanları məhduddur"

Araz Əzimov: “NATO-nun Qarabağın həlli ilə bağlı imkanları məhduddur"

Təhsil

11 Aprel 2014, 12:26

"Biz NATO ilə müzakirələri geniş və konseptual çərçivələrdə aparırıq və bütün Avroatlantika təhlükəsizliyinə təsir edə bilmə faktorları, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə edirik". Modern.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, Azərbaycan təqiblərə məruz qalaraq, çağırışlara cavab verərək hərəkət edir.

“NATO-nun bu məsələlər haqqında məlumatı var. Müxtəlif səbəblərə görə, bilavasitə hansısa məsələlərə qoşulmaq imkanları məhduddur. “NATO bilavasitə danışıqlarda iştirak etmir, amma bu prinsiplərə dəstək verməsi özlüyündə çox önəmli bir amildir. Onu da deyim ki, NATO öz sammitlərində ən yüksək siyasi səviyyədə dəyişmədən Azərbaycanı və regiondakı ölkələrin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyərək münaqişələrin məhz bu prinsiplər əsasında həllinə tərəfdar çıxdığını bildirir. Bu, özü-üzlüyündə siyasi töhfədir”.

Qeyd edək ki, bu gün "Bakıda "Sülh Naminə Tərəfdaşlıq proqramının 20 illiyi və NATO tərəfdaşlıqlarının gələcəyi" adlı konfrans keçirilir.

 

  Rafiq Qənbərov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı