Modern.az

Günəşli hava şəraiti davam edəcək

Günəşli hava şəraiti davam edəcək

Təhsil

11 Aprel 2014, 13:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturunun gecə 5-8, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında aprelin 12-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti  olacağı gözlənilir.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı