Modern.az

Dövlət Neft Şirkəti maşinistin ölümü barədə məlumat yayıb

Dövlət Neft Şirkəti maşinistin ölümü barədə məlumat yayıb

Təhsil

11 Aprel 2014, 13:14
Maşinistin səbirsizliyi və təhlükəsizlik qaydalarına əməl etməməsi ona həyatı bahasına başa gəlib. Bu barədə ARDNŞ-nin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 10-də “Neftqaztikinti” trestinin 1 saylı Tikinti quraşdırma idarəsinin işçiləri N.Nərimanov adına NQÇİ-nin 566 saylı estakadayanı meydançasından sualtı elektrik kabelini “Qaradağ-10” gəmisinin yedəyinə qoşulmuş kabel düzən kirjimin üzərinə yığaraq təmir etmək məqsədi ilə Sahil qəsəbəsindəki yanalma körpüsünə yaxınlaşıblar. Bu zaman, sahil bosmanı tərəfindən kirjim meydançaya bağlanmamış, pilləkən verilməmiş, təhlükəsizlik tələblərinə tam əməl olunmamış həmin idarənin daxiliyanma mühərriklərinin maşinisti 1965-ci il təvəllüdlü Kazımov Mais Qasım oğlu kirjimin körpüyə tam yaxınlaşmasını gözləmədən meydançaya tullanarkən başı betona dəymiş və kirjimlə yanalma meydançası arasında qalaraq xəsarət almışdır. O, aldığı xəsarətdən dünyasını dəyişib. Hüquq mühafizə orqanları hadisə yerində olub, müvafiq araşdırma aparılır.

Modern.az 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı