
Rusiyanın baş prokuroru Yuri Çayka bəyan edib ki, keçmiş prezident Viktor Yanukoviçin Ukraynaya geri verilməsinə heç bir əsas görmür.
Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, Çayka bunu aprelin 11-də Simferopolda jurnalistlərin sualın cavabında deyib. Əvvəl məlumat verilib ki, Ukraynanın Baş Prokurorluğu Yanukoviçin saxlanılması və ölkəyə gətirilməsi üçün order verib. Ukrayna Baş Prokurorluğunda Yanukoviçə qarşı bir neçə cinayət işi açılıb. Eks-prezident vətəndaşların kütləvi şəkildə qırılmasında, dövlət əmlakını mənimsəməkdə, Konstitusiyaya zidd olaraq hakimiyyəti zəbt etməkdə və başqa qanunsuzluqlarda təqsirli bilinir.
Modern.az