“Azərbaycandan emal olunmaq üçün heç bir ölkəyə, o cümlədən də, Bolqarıstana xam neft göndərilmir. Xam neft xarici ölkəyə satılır, onun sonrakı aqibəti isə bizə maraqlı deyil. Lakin sırf yerli istehsalda istifadə üçün xaricə emal olunmağa neft göndərilmir”.
Bunu Modern.az-a açıqlamasında Dövlət Neft Şirkətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Nizaməddin Quliyev dedi.
Şirkət rəsmisi onu da vurğuladı ki, Azərbaycan xam nefti xarici ölkələrə satır və heç vaxt Azərbaycandan xarici ölkəyə emal olunmaq üçün xam neft göndərilməyib.
Qeyd edək ki, hazırda bazarda satışına yeni başlanılan “Premium Euro-95"-in istehsalı üçün Bolqarıstna xam neft göndərildiyi barədə mülahizələr var.
Gülşən Raufqızı