Modern.az

İlham Mirzəyevim işlədiyi institutun direktoru onun həbsindən danışdı

İlham Mirzəyevim işlədiyi institutun direktoru onun həbsindən danışdı

Təhsil

11 Aprel 2014, 14:58

“İlham Mirzəyevin həbs olunması xəbəri haqqında məlumatım yoxdur”. Bunu Modern.az-a açıqlamasında onun çalışdığı AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə deyib. İ.Məmmədzadənin sözlərinə görə, psixologiya üzrə fəlsəfə doktoru İlham Mirzəyev xaraktercə işgüzar insan və sosial psixologiya üzrə fəlsəfə doktorudur.

“Onun çap olunmuş əsərləri də az deyil. Xaricdə əsərlərin çap olunmasına təsadüfi hallarda rast gəlmək olar. Amma İlham Mirzəyevin Türkiyədə çap olunan əsərləri də var”.

Qeyd edək ki, “Space” televiziyasının “Etiraf” proqramının aparıcısı İlham Mirzəyev bu gün DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun rəhbəri olduğu “İlhaMed” klinikasının fəaliyyətində yol verilən qanunsuzluqlarla əlaqədar saxlanıldığı söylənilir.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı