Avropa İttifaqı, ABŞ, Ukrayna və Rusiya xarici siyasət idarələri rəhbərlərinin dördtərəfli görüşü aprelin 17-də Cenevredə keçirilə bilər. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bunu Brüsseldəki avropalı diplomatlardan biri deyib. Adının açıqlanmasını istəyən həmin diplomatın sözlərinə görə, görüşün vaxtı yüz faiz məlumdur, görüş yerinə gəldikdə, bu, çox güman ki, Cenevrə olacaq: Rusiya tərəfi Ukrayna nümayəndə heyətinin tərkibində ölkənin şərq regionlarının nümayəndələrinin olmasına israr edir. Ancaq narahatlıq ondadır ki, Ukrayna tərəfi özü nümayəndə heyətinin tərkibini müəyyən etməlidir”.
Görüşdə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Ketrin Eşton, ABŞ-ın dövlət katibi Con Kerri, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərliyi və Rusiya tərəfdən Andrey Deşitsa və Sergey Lavrovun iştirakı planlaşdırılır.
Modern.az