Modern.az

Yarımfinalın püşkü atıldı - “Real”ın rəqibi “Bavariya” oldu

Yarımfinalın püşkü atıldı - “Real”ın rəqibi “Bavariya” oldu

Təhsil

11 Aprel 2014, 15:42

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqası və UEFA Avropa Liqası yarımfinal oyunlarının püşkatması keçirilib.
 Modern.az xarici KİV-ə istinadən bildirir ki, UEFA Avropa Liqasının yarımfinalçılarından biri İspaniyanın iki klubu – “Sevilya” ilə “Valensiya” olub. Portuqaliyanın “Benfika” klubu isə İtaliyanın “Yuventus” komandası ilə finala çıxmaq uğrunda mübarizə aparacaq. Yarımfinalın ilk oyunları aprelin 24-də, cavab qarşılaşmaları isə mayın 1-də keçiriləcək.

Çempionlar Liqasının yarımfinalında isə Madridin “Real” klubu Almaniyanın “Bavariya”, İspaniyanın digər komandası “Atletiko” isə Londonun “Çelsi” klubu ilə görüşəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları 22-23 və 29-30 aprel tarixlərində keçiriləcək.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı