Modern.az

İlham Mirzəyevin klinikası lisenziyasız fəaliyyət göstərib

İlham Mirzəyevin klinikası lisenziyasız fəaliyyət göstərib

Təhsil

11 Aprel 2014, 15:58

“Tanınmış teleaparıcı İlham Mirzəyevin klinikası lisenziyasız fəaliyyət göstərir”.

Bunu Modern.az saytına Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. O bildirib ki, hazırda saxlanılan İlham Mirzəyevə məxsus “İlhaMed” klinikasının tibbyönümlü fəaliyyəti olmadığından ona Səhiyyə Nazirliyi tərəfindən lisenziya verilməyib.

“Həmin klinikada tibbi xidmətlər göstərilmədiyindən Səhiyyə Nazirliyinin orda yoxlama aparmaq səlahiyyəti yoxdur.  Klinikada tibbi yardım göstərilmir. Orada sadəcə olaraq psixoloji yardım göstərildiyindən Səhiyyə Nazirliyi tərəfindən lisenziya verilməyib. Yəni nazirlik yalnız tibbi fəaliyyəti olan klinikalara lisenziya verə bilər”, – deyə Anar Qədirli bildirib.

Xatırladaq ki, “Space” televiziyasında “Etiraf” verilişinin aparıcısı və “İlhaMed” klinikasının rəhbəri İlham Mirzəyev DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İ. Mirzəyevin rəhbəri olduğu “İlhaMed” klinikasının fəaliyyətində yol verilən qanunsuzluqlarla əlaqədar saxlanıldığı söylənilir.

***

Bakı şəhər sakini İlham Mirzəyev barəsində dələduzluq maddəsi (178-ci) ilə cinayət işi açılıb. Bu barədə Trend-ə DİN-nin mətbuat xidmətinin şöbə rəisinin müavini, polis polkovniki Ehsan Zahidov bildirib.

E.Zahidov bildirib ki, vətəndaşların çoxsaylı müraciətləri əsasında bu gün Bakı şəhər sakini İlham Mirzəyev polis tərəfindən saxlanılıb.

Hazırda qaldırılan cinayət işi üzrə istintaqa başlanılıb.

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı