
Bu gün Apelyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə apelyasiya şikayətinə baxılıb. Prosesdə sabiq millət vəkilinin üç vəkili iştirak edib. Məhkəmə hakim Əflatun Qasımovun sədrliyi ilə baş tutub.
Modern.az xəbər verir ki, məhkəməyə gətirilən sabiq millət vəkili məhkəmə zalında şüşə kabinənin içində saxlanılıb. Aprelin 1-də keçirilən məhkəmədə eks deputatın kassasiya şikayəti qismən təmin olunmasına baxmayaraq , bu dəfə Gülər Əhmədovanın üç vəkilindən biri 2 vəsatət qaldırsa da, vəsatətlərdən heç birini təmin olunmayıb
Qərara əsasən, Apelyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq ekspertlər və şahidlər yenidən dindiriləcək.
Xatırladaq ki, 2013-cü il, dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Milli Məclisin sadiq üzvü G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Qərara əsasən, sabiq deputat cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirli bilinib.
Modern.az