Modern.az

Hacıbala Abutalıbov Gül bayramına hazırlıq göstərişi verdi

Hacıbala Abutalıbov Gül bayramına hazırlıq göstərişi verdi

Təhsil

11 Aprel 2014, 17:05

“Hər il olduğu kimi bu il də Gül bayramının Heydər Əliyev Sarayının qarşısında və yeni salınmış "Qış Bulvarı" adlı ərazidə keçirilməsi nəzərdə tutulur”.
Bunu Modern.az-a açıqlamasında Bakı Şəhəri İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova bildirib.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bu il tədbir ötən ilkilərə nisbətən daha geniş ərazini əhatə edəcək. Lakin o, hansı ölkədən, nə qədər gül sifariş verildiyi barədə dəqiq məlumat söyləyə bilməyəcəyini vurğulayıb.

Hazırlıq prosesi başlayıb. İnanırıq ki, bayram tədbiri yüksək səviyyədə həyata keçiriləcək və insanların marağına səbəb olacaq”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun təşəbbüsü olan Gül bayramı hər il mayın 10-da mərhum prezident Heydər Əliyevin ad günündə keçirilir.

Gülşən Raufqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı