Avropa Parlamentinin “Parlament Komissiyası”nda təşkil olunan iclasda nurçu camaatın lideri Fətulla Gülənlə bağlı müzakirələrdə qalmaqal yaşanıb. Modern.az “Doğan” xəbər agentliyinə istinadən bildirir ki, Türkiyənin Avropa Birliyi naziri Mövlud Çavuşoğlu komissiyasının ingilis üzvü Andrev Daffın Fətulla Gülənlə bağlı suallarına sərt cavab verib. Belə ki, A. Daff türk nazirə onun Fətulla Gülənlə bağlı əlaqələrinin olması barədə iddialara cavab verməsini istəyib. “Siz Gülənin sizi ələ alması barədə açıqlama verdinizmi?” sualı M. Çavuşoğlunu qıcıqlandırıb. “Mən belə bir açıqlama verməmişəm. Bunu deyənlər yalan danışırlar. Yaxşı olar ki, bu mövzularda qaynaqlarınızı dəyişdirəsiniz. Bu yalançılara mükafat verməyin!”-deyə Avropa Birliyi naziri qeyd edib.
Modern.az