Modern.az

“Park Cinema”da şagirdlər üçün 5 gün filmlər göstəriləcək

“Park Cinema”da şagirdlər üçün 5 gün filmlər göstəriləcək

Təhsil

11 Aprel 2014, 17:29

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və “Park Cinema” kinoteatrlar şəbəkəsi arasında uşaq, yeniyetmə və gənclərin istirahətlərinin, asudə vaxtlarının səmərəli təşkilini təmin etmək məqsədi ilə əməkdaşlığa başlanılıb. BŞTİ-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 14 aprel tarixindən mayın 2-ə qədər Nərimanov rayonu üzrə ümumtəhsil məktəblərinin əlaçı şagirdləri (2828 nəfər) “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Metropark” alış-veriş mərkəzində yerləşən kinoteatrında göstərilən film və animasiyaları təmənnasız izləyə biləcəklər. Ancaq şagirdlər üçün nəzərdə tutulan film və animasiyaların həftənin 5 günü 2 seans olaraq göstərilməsi nəzərdə tutulub.

Birinci seans saat 15:00, ikinci seans isə saat 17:00 – da baş tutacaq.

Layihənin əsas məqsədi Azərbaycan mədəniyyətinin inkişafı üçün uşaq, yeniyetmə və gənclər arasında kino və teatrlara getmək mədəniyyətini formalaşdırmaq və təhsildə fərqlənən şagirdləri stimullaşdırmaqdır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı