ABŞ laboratoriyalarına Rusiya fiziklərinin girişinə qadağa qoyulub. Modern.az “Kommersant” qəzetinə istinadən xəbər verir ki, ABŞ Energetika Nazirliyi Rusiya alimləri üçün öz laboratoriyalarına girişə icazə vermir. Məlumata görə bu qərar nüvə təhlükəsizliyi ilə bağlı ekspertlərə aid edilmir. Rusiya ilə əməkdaşlığı qadağan edən tədqiqat mərkəzləri arasına nüvə fizikası Brookhaven Milli Laboratoriyası da daxildir. “Kurçatov İnstitutu” Milli Tədqiqat Mərkəzinin prezidenti Yevgeni Velixov isə baş verənlərin sırf siyasi məsələ olduğunu bildirib. ABŞ Energetika Departamenti isə məsələ ilə bağlı münasibət bildirmir.
Qeyd edək ki, hər il minlərlə rus alimi Energetika Departamentinin 17 mərkəzində eksperimentlər və tədqiqat proqramları ilə iştirak ediblər. Hətta soyuq müharibə belə əməkdaşlığa müdaxilə edə bilməyib.
Ayşən Mönsümlü