
Prezident İlham Əliyev Yaşar Teymur oğlu Əliyevin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, Yaşar Əliyev hələ 2002-2006-cı illərdə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi və Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Daha sonra 2006-2011-ci illərdə Azərbaycan Respublikasının ABŞ-da fövqəladə və səlahiyyətli səfiri olub.
Yaşar Əliyev 19 avqust 1955-ci ildə doğulub. İngilis, ərəb, rus və türk dillərini bilir. Evlidir, iki övladfı var.
1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. 1980-82-ci illərdə Rusiya Elmlər Akademiyasında aspirantura təhsili alıb. 1989-cu ildə Azərbaycanın Xarici İşlər Nazirliyində işə götürülüb. O vaxtddan diplomatiya sahəsində çalışan Yaşar Əliyev müxtəlf postlar tutub.
Modern.az