Modern.az

Fuad Muradov Bayılda seçicilərlə görüşüb - FOTOLAR

Fuad Muradov Bayılda seçicilərlə görüşüb - FOTOLAR

Təhsil

11 Aprel 2014, 18:57

Milli Məclisin deputatı Fuad Muradov Səbail rayonun Bayıl qəsəbəsində yaşayan seçicilərlə görüşüb. Qəsəbənin bir neçə küçəsində yaşayan sakinlərlə görüşən   deputat buradakı vəziyyətlə tanış olub və sakinlərin qaldırdıqları təklifləri dinləyib. “20-ci sahə” adlanan ərazidə yaşayan sakinlər bəzi kommunal çətinliklərin həlli üçün müraciət ediblər.

T.İsmayılov küçəsinin sakinləri əvvəlki görüşdə deputat qarşısında qaldırdıqları problemlərin həlli üçün göstərdiyi köməyə görə təşəkkür ediblər.  Bayılda aparılan tikinti quruculuq işlərinin burada yaşayan sakinlərin yaşayışında ciddi dəyişikliklər yaratdığını deyən F.Muradov bütün aparılan işlərin prezident İlham Əliyevin rəhbərliyi aparılan islahatlar sisteminin tərkib hissəsi olduğunu vurğulayıb.

Müxtəlif ərazilərdə  əhali ilə görüşən deputat seçicilər tərəfindən qaldırılan ayrı-ayrı  təkliflərin həlli üçün müvafiq orqanların qarşısında qaldıracağını bildirib.  








Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı