Modern.az

Milli Ordunun əsgəri əsgər yoldaşını bıçaqlayaraq öldürüb

Milli Ordunun əsgəri əsgər yoldaşını bıçaqlayaraq öldürüb

Təhsil

11 Aprel 2014, 22:35

Aprelin 11-də Müdafiə Nazirliyinin Naxçıvandakı hərbi hissəsinin əsgəri Nurlan Bünyadov əsgər yoldaşı Tariyel Məmmədovu bıçaqlayaraq öldürüb.
 
Bu haqda "Azadlıq" radiosuna təhlükəsizliyi baxımından adının çəkilməsinin istəməyən hərbi hissə zabitlərindən biri məlumat verib. Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir.
 
Müdafiə Nazirliyindən faktı təsdiqləsələr də, hadisənin mübahisə yox, ehtiyatsızlıq üzündən baş verdiyini bildirdilər.
 
Müdafiə Nazirliyindən verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı