Modern.az

Rusiya Avropa Şurasını HƏDƏLƏDİ

Rusiya Avropa Şurasını HƏDƏLƏDİ

Təhsil

12 Aprel 2014, 10:54



Rusiya bu il Avropa Şurasına üzvlük haqqını tam ödəməyə bilər. Modern.az APA TV-yə istinadən xəbər verir ki, bu bəyanatla Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov çıxış edib. Onun sözlərinə görə, üzvlük haqqının tam dayandırılması məsələsi müzakirə olunmur. Amma nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının işində iştirakı dayandırsa, üzvlük haqqı ixtisar ediləcək. Aleksey Puşkovun sözlərinə görə, Avropa Şurasının büdcəsinin 4 faizi Rusiyanın ödədiyi vəsait hesabına formalaşır və bu ölkə beş əsas ödəyicidən biridir. Nümayəndə heyətinin rəhbəri bildirib ki, Rusiya bu il 23 milyon avro üzvlük haqqı ödəyib. Aleksey Puşkov onu da deyib ki, Rusiya nümayəndə heyəti ilin sonunadək Avropa Şurası Parlament Assambleyasının sessiyalarına getməmək hüququnu özündə saxlayır. Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası Krımın Rusiyaya birləşdirilməsi məsələsini müzakirə edib. Assambleya Rusiya nümayəndə heyətini rəhbər orqanlardan - bürodan, prezident komitəsindən və daimi komitədən uzaqlaşdırıb. Bundan başqa, Rusiya nümayəndə heyəti səsvermə hüququndan və seçki müşahidəsi missiyalarından iştirakdan da məhrum edilib. Bu məhdudiyyətlər 2014-cü il üçün nəzərdə tutulub. Bu sanksiyalardan sonra Rusiya nümayəndə heyəti Parlament Assambleyasının yaz sessiyasında iştirakını yarımçıq saxlayıb.                      

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı