Modern.az

Şagirdlər arasında yazı müsabiqəsinin yekun mərhələsi keçirilib

Şagirdlər arasında yazı müsabiqəsinin yekun mərhələsi keçirilib

Təhsil

12 Aprel 2014, 11:01


Modern.az xəbər verir ki, bu gün akademik Zərifə Əliyeva adına liseydə Heydər Əliyevin anadan olunmasının 91-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə ixtisas və orta ixtisas təhsili müəssisələri şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib. Yazı müsabiqənin mövzusu “Dünya azərbaycanlıların ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin şərəfli ömür yolu, vətənə və xalqa sədaqətlə xidmətin parlaq nümunəsidir.

“Müsabiqə artıq 8-ci dəfədir keçirilir. Builki inşa yazı müsabiqəsi təhsil nazirinin əmrinə müvafiq olaraq keçirilir”. Bunu Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib. O bildirib ki, respublika mərhələsinin iştirakçıları arasında qaliblər seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək. Qeyd edək ki, müsabiqənin rayon (şəhər) mərhələsi martda yekunlaşdırılıb. İnşa müsabiqəsində ölkənin bütün bölmələri təmsil olunub. Respublika mərhələsi iştirakçıların ümumi sayı 121 nəfərdir.  

 

Rafiq Qənbərov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı