Modern.az

Ukrayna böhranı ilə bağlı Brüsseldə dördtərəfli GÖRÜŞ olacaq

Ukrayna böhranı ilə bağlı Brüsseldə dördtərəfli GÖRÜŞ olacaq

Təhsil

12 Aprel 2014, 12:13

 

Brüsseldə aprel ayının 17-də Ukraynada yaranan gərginliyi müzakirə etmək üçün Avropa Birliyi (AB),  ABŞ  Ukrayna və Rusiyanın iştirakı ilə bağlı görüş olacaq. Modern.az-ın “Unian” agentliyinə istinadən verdiyi məlumata görə, müzakirədə iştirak edəcək rəsmilərin də adları bəllidir. Görüşdə   AB-nin  xarici siyasət üzrə ali  komissarı Ketrin Eşton ,  Ukrayna xarici işlər naziri vəzifəsini icra edən Andrey Deşitsa, ABŞ Dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov iştirak edəcəklər.  

Qeyd edək ki, Avropa  diplomatik dairələri, Rusiyanın Brüssel toplantısında iştirak ideyasını rədd etmişdilər. AB xarici siyasət üzrə nümayəndələri düşünürlər ki, dördtərəfli görüşün böhranın həlli ilə bağlı müzakirəsində Ukrayna özü qərar qəbul etməlidir. 

Ayşən Mönsümlü 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı