Modern.az

Əhliman Əmiraslanov pulsuz müalicə ilə bağlı tapşırıqlar verdi - FOTO

Əhliman Əmiraslanov pulsuz müalicə ilə bağlı tapşırıqlar verdi - FOTO

Təhsil

12 Aprel 2014, 13:22

Modern.az xəbər verir ki, bu gün  65 saylı Sabirabad-Saatlı-Kürdəmir seçki dairəsindən deputat seçilmiş Əhliman Əmiraslanov Saatlı rayonundan olan  seçiciləri ilə görüş keçirib. Deputat sakinlərin pulsuz müalicəsi və müayinəsi ilə bağlı tapşırıqlar verib. Rayonun Yeni Azərbaycan Partiyasının binasında baş tutan görüşdə Saatlı İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, YAP rayon təşkilatının sədri Lütfəli Şıxəliyev də iştirak ediblər.

Seçicilərin qatıldığı görüş zamanı akademik Əhliman Əmiraslanov  sakinləri maraqlandıran məsələlərdən söz açıb. Azərbaycan Tibb Universitetinin rektoru son illər bölgələrdə, o cümlədən Saatlıda aparılan quruculuq işlərindən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və nəzərdə tutulan yeni layihələr barədə danışıb.  

Daha sonra seçicilər onları narahat edən problemləri səsləndiriblər. Bunlar əsasən sosial yönümlü məsələlər olub. Rayonun Varxankənd, Dəllər, Yeni Novruzlu, Musabəyli, Bəyli və digər kəndlərdən olan seçicilər əsasən səhhətlərində üzləşdikləri problemlərin həllində Əhliman Əmiraslanovdan yardım istəyiblər. Həmçinin, orta məktəblərin sosial problemləri, ali məktəblərdə ödənişli təhsil, suvarma, qaz və digər məsələlərlə bağlı müraciətlər edilib. Bəyli kəndinin sakinləri isə rayonda məktəb və tibb məntəqəsinin yoxluğundan gileyləniblər. Musabəyli kəndindən sakini Amil Pirişov  zəlzələdən xəsarət alan evinin təmiri üçün kömək istəyib.

Millət vəkili bəzi müraciətlərin dərhal həlli barədə göstəriş verib. Şəkərli diabet , göz, oynaq xəstəliklərinin müayinəsi və müalicəsi, övladını əqrəb sancan xəstənin müalicəsi, bundan əlavə bir neçə nəfərin, o cümlədən onkoloji xəstəliyi olan seçicinin  pulsuz əməliyyat olunması ilə bağlı konkret tapşırıqlar verilib.

Xatırladaq ki, Milli Məclis üzvü Əhliman Əmiraslanov mütəmadi olaraq seçicilərlə görüşür. Bundan əlavə, akademikin təşəbbüsü ilə hər il bir neçə dəfə Tibb Universitetinin həkim briqadası Saatlı, Sabirabad rayonlarında pulsuz müayinələr həyata keçirirlər.

 

 

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı